"Para" BOKT gəlirliyi 14,5% olan istiqraz buraxır

  • 6 Dekabr, 2018 15:24

Maliyyə Bazarlarına Nəzarət Palatası “Para” Bank Olmayan Kredit Tkilatı ASC-nin sənədsiz, təmin edilməmiş, adlı istiqrazlarını qeydə alıb.

"Finans.az" Palataya istinadən xəbər verir ki, emissiyanın məbləği 5 mln. manat, nominal dəyəri 1000 manat, qiymətli kağızın miqdarı isə 5000 ədəddir. İstiqrazların illik gəlirlilik dərəcəsi 14,5%, ödəniş dövrünün müddəti isə 90 gündür.

Xatırladaq ki, "Para" BOKT lisenziyası ləğv edilmiş “Parabank” ASC-nin bazasında yaradılıb. Onun nizamnamə kapitalı 38,887 mln. manatdır.