Pandemiyadan zərər çəkən sahələrin subsidiyalaşdırılma məbləği açıqlanıb

  • 7 iyul, 2021 15:50
Pandemiyadan zərər çəkən sahələrin subsidiyalaşdırılma məbləği açıqlanıb

Azərbaycanda pandemiyadan zərər çəkən sahələrə dəstək tədbirləri çərçivəsində mövcud kredit portfeli üzrə faizlərin subsidiyalaşdırılması mexanizmi üzrə sahibkarlardan indiyədək 5 463 müraciət daxil olub.

“Finans.az” xəbər verir ki, bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" hesabında yazıb.

O əlavə edib ki, bunlardan 4 497-nə (82,3%) subsidiyanın verilməsi barədə müsbət qərar qəbul edilib.

"Təsdiqlənən subsidiyanın məbləği 57 mln. manatdır", - nazir qeyd edib.


Mənbə: apa.az