Palatanın 2 videoçarx və 1 təlimata xərclədiyi pul açıqlandı

  • 30 İyul, 2019 16:03
Palatanın 2 videoçarx və 1 təlimata xərclədiyi pul açıqlandı

Maliyyə Bazarlarına Nəzarət Palatası 2 ədəd maarifləndirici sosial çarxın çəkilməsi və pk.fimsa.az elektron portalının video təlimatının hazırlanması xidmətlərini satın alıb.

"Finans.az" xəbər verir ki, sözügedən xidmətlərin satın alınması ilə bağlı tenderdə "Premark Media" MMC qalib elan olunub. Sözügedən şirkətlə 8 min 150 manat dəyərində müqavilə imzalanıb.