Özbəkistanda bir gündə 5 milyon zəfəran soğanı əkilib

  • 7 Oktyabr, 2020 16:34
Özbəkistanda bir gündə 5 milyon zəfəran soğanı əkilib

Özbəkistanın Cizzəh bölgəsində 5 milyondan çox zəfəran soğanağı əkilib.

"Finans.az" xarici KİV-ə istinadən xəbər verir ki, layihə “BMB Trade Group” (Özbəkistan) ilə “Opera SRL” (İtaliya) arasında zəfəran və digər dərman bitkilərinin becərilməsi və sənaye üsulu ilə işlənməsi barədə imzalanan memorandum çərçivəsində həyata keçirilir.

10 hektarda əkilmiş 5 milyondan çox zəfəran soğanı 6 800 kilometri qət edərək İtaliyanın Breşia şəhərindən Sloveniya, Macarıstan, Polşa, Belarus, Rusiya və Qazaxıstandan keçərək Özbəkistana çatdırılıb.

Layihənin ümumi dəyəri 34,4 milyon avrodan çoxdur, bunun yarısını birbaşa xarici investisiyalar təşkil edir. Yatırımların böyük hissəsi yüksək keyfiyyətli zəfəran soğanağının alınması və çatdırılmasına yönləndiriləcək.


Nərgiz Oqtay