"Samsung"un telefonlarını təmir etməyə ehtiyac qalmayacaq?

  • 25 Sentyabr, 2018 10:30

"Samsung" rəqiblərini geridə qoymaq üçün daha bir yeniliyə hazırlaşır.

“Finans.az” xəbər verir ki, “Samsung” bu dəfə öz-özünü təmir etməyi bacaran telefon istehsal edəcək.

"Samsung" rəsmilərinin bildirdiyinə görə, şirkət artıq bu ideya üçün patent alıb, bir problem çıxmasa, 2019-cu ilin yanvar ayında yeni gələn “S10” modelində bu yenilikdən istifadə olunacaq.

Qeyd edək ki, bir müddət öncə öz-özünü təmir etməyi bacaran polimerlər istehsal olunub.

“Science” adlı jurnalda bu proses əks olunub. 2 maddə qarışımı bir-biri ilə əlaqəyə girərək çatlarını bağlayıb və öz-özünü təmir etmə funksiyası insanlara izahlı şəkildə nümayiş edilib.

Lakin Tokiyo universitetinin alimi professor Takuzo Aidanın sözlərinə görə, bu telefonlar üçün bir qədər çətin proses ola bilər.

Amerika şirkəti “Feynlab” öz-özünü təmir edən avtomobil boyası istehsal edib. Amerikalı ekspert Rian Whittenin sözlərinə görə, təbiətdə öz-özünü təmir etmə bacarığı yalnız canlılara xas bir xüsusiyyət deyil. Müəyyən zaman içində bu bir çox cihazlarda da mümkün olacaq. Onun sözlərinə görə, bəzi riskli işlərdə çalışan insanların işini artıq cihazlar öz üzərlərində görəcək. .