Oyun startapı 100 milyon dollar cəlb etdi

  • 23 Sentyabr, 2020 13:55
Oyun startapı 100 milyon dollar cəlb etdi

Mobil oyunlar sahəsində ixtisaslaşan "Playco" startapı 100 mln. ABŞ dolları həcmində investisiya cəlb edib.

“Finans.az” xarici KİV-ə istinadən xəbər verir ki, son raunddan sonra startapın qiymətləndirməsi 1 milyard dolları keçib.

Qeyd edilir ki, "Playco" cihaza yükləmədən istənilən platformada keçid vasitəsilə işə düşən oyunların hazırlanması ilə məşğuldur. Layihənin yaradıcıları Google Play Instant, iOS App Clips, Facebook Instant Games və Snapchat Minis kimi platformalara köklənib. Startap ilk oyunlarını bu ilin sonunda təqdim etməyi planlaşdırır.