Ötən il personal kompüter bazarının lideri bu şirkət oldu

  • 11 Yanvar, 2019 13:20
Ötən il personal kompüter bazarının lideri bu şirkət oldu

2018-ci ildə dünya üzrə personal kompüter (PC) təchizatı 259,4 milyon ədədi keçib ki, bu da bir il əvvəlin göstəricisindən 1,3% çoxdur.

“Finans.az” xarici KİV-ə istinadən xəbər verir ki, “Gartner” şirkətinin hesablamalarına görə bazarın lideri “Lenovo” olub. Onun payı il ərzində 20,8%-dən 22,5%-ə qədər artıb. İkinci yerdə 21,7%-ə çatan payla “HP” qərarlaşıb. İlk üçlük “Dell” şirkəti ilə bitib. Onun payı 16,2%-ə qədər artıb.

Digər iri iştirakçıların bazar payı azalıb. Belə ki, 4-cü pillədə olan “Apple”ın payı 7,2%-dən 6,9%-ə, 5-ci yerdə qərarlaşan “Acer Group”un payı 6,5%-dən 6,1%-ə düşüb. “Asus” şirkətinin payı 6,8%-dən 6%-ə, digər istehsalçıların cəmi payı 22,5%-dən 20,6%-ə qədər azalıb.