Ötən il “Baktelecom”a edilən müraciətlərin 44%-i internetə görə olub

  • 7 Fevral, 2019 11:20
Ötən il “Baktelecom”a edilən müraciətlərin 44%-i internetə görə olub

“Bakı Telefon Rabitəsi” MMC (Baktelecom) ötən il ərzində “Vahid Çağrı Mərkəzi 155” üzrə 2 mln.a yaxın sorğu qəbul edib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən “Finans.az”a verilən məlumata görə, daxil olmuş zənglərin 800 minə qədəri “Baktelecom” şəbəkəsi üzrə, 1 mln.dan çox zənglər sorğu-məlumat xidməti üzrə emal edilərək müvafiq struktur bölmələrinə yönləndirilib. Eyni zamanda “baktelecom.az” saytının onlayn-çat bölməsinə müraciət edənlərin 30 minə qədər sorğusu cavablandırılıb, həlli tələb olunan məsələlər icraata göndərilib.

Çağrı mərkəzi operatorları tərəfindən qeydə alınan 44% müraciət internet, 29% müraciət telefon, 25% müraciət “Baktelecom”un digər xidmətləri ilə bağlı olub. Qalan 2% sorğu isə qurumun xidmətləri üzrə ödənişlərin payına düşür.