Ötən il Azərbaycan Gürcüstanın təbii qaz tələbatının 93%-ni təmin edib

  • 7 İyul, 2020 13:05
Ötən il Azərbaycan Gürcüstanın təbii qaz tələbatının 93%-ni təmin edib

Ötən il Gürcüstan təbii qaza olan tələbatının 99,8%-ni idxalın hesabına ödəyib.

“Finans.az” xəbər verir ki, bu barədə ölkənin Energetika və Su Təminatı üzrə Milli Tənzimləmə Komissiyasının 2019-cu il üzrə hesabatında bildirilib.

Sənədə əsasən, Azərbaycan bu həcmin 93%-ni təmin etməklə Gürcüstanın əsas təbii qaz təchizatçısı olaraq qalıb.

Hesabat ilində qonşu ölkədə təbii qaza tələbat illik müqayisədə 15% artaraq 2,5 milyard kubmetrə bərabər olub.


Mənbə: report.az