Ötən ay istehlak bazarı 8%-dən çox azalıb

  • 18 Fevral, 2021 09:40
Ötən ay istehlak bazarı 8%-dən çox azalıb

Bu ilin yanvarında istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri 3,8 milyard manat olmaqla 2020-ci ilin eyni ayına nisbətən müqayisəli qiymətlərlə 8,2% azalıb.

"Finans.az" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri keçən ilin yanvar ayı ilə müqayisədə 8,0% azalaraq 3,7 milyard manata bərabər olub, onun 47,8%-i fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb.

Hesabat ayında bir istehlakçı orta hesabla 382,0 manat və ya 2020-ci ilin eyni ayının göstəricisindən nominal ifadədə 20,5 manat az vəsait xərcləyib.