1 ay ərzində bu bankın adı medianın dilindən düşməyib - REYTİNQ

  • 15 Mart, 2019 10:50
1 ay ərzində bu bankın adı medianın dilindən düşməyib - REYTİNQ

2019-cu ilin fevral ayı ərzində mediada adı ən çox hallanan bankların siyahısı açıqlanıb.

"Finans.az" "Media Consulting&Services"ə istinadən xəbər verir ki, media monitorinqin əhatəsinə daxil olan məlumatlar say, xarakter və məzmun üzrə təhlil olunub, sektorlar üzrə şirkətlərin media reytinqi hesablanıb.

Siyahıya əsasən adı mediada ən çox hallanan bankların ilk beşliyi belə olub:

Belə ki, 2002 sayla "Azərbaycan Beynəlxalq Bankı" ilk pillədə yer alıb. 943 sayla "Kapital Bank" ikinci, 743 - "Paşa Bank" üçüncü, 520 - "AccessBank" dördüncü, 508 sayla isə "Bank Respublika" beşinci olub.