Ötən ay bəzi banklar əmanətlər üzrə faiz dərəcələrini dəyişib - ARAŞDIRMA

  • 2 Noyabr, 2018 12:10
Ötən ay bəzi banklar əmanətlər üzrə faiz dərəcələrini dəyişib - ARAŞDIRMA

Cari ilin oktyabr ayında Azərbaycanda fəaliyyət göstərən 2 bankda əhalidən cəlb olunan manat və dollar əmanətləri üzrə faiz dərəcələrinə yenidən baxılıb.

"Finans.az"ın apardığı araşdırma göstərir ki, “Accessbank”da manat depozitləri üzrə dərəcələr 9,3-11%-dən 10,3-11%-ə kimi artırılıb, “Bank Nikoil”da manat əmanətlərinin dərəcələri 9-10%-dən 10-10,5%-ə kimi, ABŞ dolları üzrə dərəcələr isə 1,5-2%-dən 2,5-3%-ə kimi qaldırılıb.

Bütövlükdə banklar manat əmanətlərini 6-12,75% diapozonunda qəbul edir. Milli valyuta üzrə ən yüksək faizləri "Muğanbank", ən aşağı faizləri isə "Xalq Bank" təklif edir.

Banklar dollar əmanətlərini 0,01-3% diapozonunda cəlb edirlər. Ən sərfəli faizləri yüz faiz xarici kapitallı "Accessbank", yerli "GünayBank", "Amrahbank", "Bank of Baku", "BTB Bank", "NBC Bank", "Bank Nikoil" və "Atabank" təklif edir. Sonuncu, həm də avro əmanətləri üzrə ən yüksək faiz dərəcəsi (1,25%) təklif edən bankdır.

Məlumatların toplanmasında əsas kriteriya kimi vəsaitlərin 1 il müddətinə qəbul olunması, məbləğə olan minimal tələbin yuxarı həddinin 1000 manatı aşmaması götürülüb. Bu baxımdan icmala "Bank Silk Way" (minimum məbləğ 500 000 AZN), "Paşa Bank" (30 000 AZN), və "Melli İran Bankı"nın Bakı fillialı (5 000 AZN) daxil edilməyib. "Pakistan Milli Bankı"nın Bakı filialının depozit qəbul etməsi haqda isə heç bir məlumat yoxdur.

Aşağıdakı infoqrafikada Azərbaycanda fəaliyyət göstərən bankların əmanətlər üzrə təklif etdikləri faiz dərəcələri göstərilir:


Mənbə:
Bankların rəsmi internet səhifəsi