“OPEC+” üzvləri kvotadan artıq neft hasil edib

  • 8 may, 2021 11:13
“OPEC+” üzvləri kvotadan artıq neft hasil edib

“OPEC” və onun müttəfiqləri “OPEC+” sazişilə təyin olunmuş hasilat kvotasını aşaraq, martın ayının sonuna qədər sutkada 3,316 milyon barel artıq neft istehsal edib.

“Finans.az” “S&P Global Platts” şirkətinin yaydığı məlumatlara istinad xəbər verir ki, məhdudiyyət rejimi əsasən Rusiya və İraq tərəfindən pozulub.

“OPEC+” qrupunda kvotadan artıq sutkalıq hasilat yanvarda 2,793 milyon barel, fevralda 3,027 milyon barel təşkil edib.

“OPEC+”in ən böyük tərəfdaşı olan Rusiya son bir neçə ayda öz kvotasını tez-tez pozur. Martda onun kvotadan artıq hasilatı sutkada 877 min barelə yüksəlib.

İraq günlük limit həddindən 707 min barel çox neft istehsal edib.

Kvotanı pozanların siyahısında üçüncü yeri Cənubi Sudan tutub – ölkə sutkada 557 min barel artıq neft hasil edib.

Qazaxıstan isə gündə 435 min barel artıq xam neft hasil edərək siyahıda dördüncü yerdə qərarlaşıb.

Xatırladaq ki, “OPEC” və “qeyri-OPEC” ölkələrindən təşkil olunmuş və “OPEC+” kimi tanınan qrup sutkalıq neft hasilatını mayda 350 000 barel, iyunda 350 000 barel və iyulda 400 000 barel azaltmağa razılaşıb.


Mənbə: report.az