OPEC+ razılaşması dekabr ayında ən aşağı səviyyədə icra olunub

  • 13 Yanvar, 2021 17:08
OPEC+ razılaşması dekabr ayında ən aşağı səviyyədə icra olunub

OPEC+ formatı iştirakçılarının neft hasilatının ixtisarına dair razılaşması dekabr ayında cəmi 75 faiz səviyyəsində icra olunub.

“Finans.az” xəbər verir ki, bu barədə gəmi daşımalarının müşahidəsi əsasında “Petro Logistics” şirkəti bildirib.

Bu, razılaşmanın qüvvəyə mindiyi 2020-ci il may ayından bu yana ən aşağı faizdir. Xatırladaq ki, Azərbaycan öz öhdəliklərini tam həcmdə yerinə yetirdiklərini açıqlamışdı. Halbuki noyabr ayında razılaşma 101 faiz, oktyabr ayında isə 103 faiz yerinə yetirilib.

Xatırladaq ki, ötən il may ayından qüvvəyə minən razılaşmaya əsasən, iştirakçı ölkələr may-iyul ayları ərzində gündəlik hasilatı 9,7 milyon barel, avqust-dekabr ayları ərzində 7,7 milyon barel, 2021-ci ilin yanvar ayından 2022-ci ilin aprel ayının sonunadək isə 5,8 milyon barel azaltmalıdır. Bununla belə 2021-ci ilin dekabr ayında razılaşmanın şərtləri dəyişdirilə bilər.


Mənbə: report.az