OPEC fevralda gündəlik neft hasilatını 30,55 mln. barelə kimi azaldıb

  • 14 Mart, 2019 17:00
OPEC fevralda gündəlik neft hasilatını 30,55 mln. barelə kimi azaldıb

Fevral ayında Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv ölkələr neft hasilatını gündəlik 221 min barel azaldaraq 30,55 milyon barelə salıblar.

"Finans.az" xarici KİV-ə istinadən xəbər verir ki, bununla da fevralda razılaşmaya 106% əməl olunub. Hesabat ayında əsas azalma Venesuelanın (gündəlik 142 min barel) hesabına təmin olunub. İkinci yerdə Səudiyyə Ərəbistanı (-86 min barel), üçüncü yerdə İrak (-70 min barel) gəlir.

Eyni zamanda Liviya (gündəlik 23 min barel), Anqola (+22 min barel) və Ekvatorial-Qvineya (+22 min barel) neft hasilatını artırıblar.