OPEC: Azərbaycanın təsdiqlənmiş qaz ehtiyatları artıb

  • 14 İyul, 2020 11:41
OPEC: Azərbaycanın təsdiqlənmiş qaz ehtiyatları artıb

Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) qiymətləndirməsinə görə, 2019-cu ildə Azərbaycanın təsdiqlənmiş qaz ehtiyatları 1,720 trln. kubmetr təşkil edib.

“Finans.az” xəbər verir ki, bu barədə OPEC-in illik statistik bülletenində qeyd olunub.

Bu göstərici isə 2018-ci ildən 19,7% çoxdur.

OPEC-in hesabatında qeyd edilib ki, 2015-ci ildə Azərbaycanda təsdiqlənmiş qaz ehtiyatları 1,284 trln kubmetr, 2016-cı ildə 1,277 trln kubmetr, 2017-ci ildə 1,270 trln kubmetr, 2018-ci ildə 1,435 trln kubmetr təşkil edib.

Hesabata əsasən, 2015-ci ildə Azərbaycanda 18 mlrd kubmetr, 2016-cı ildə 17,5 mlrd kubmetr, 2017-ci ildə 16,9 mlrd kubmetr, 2018-ci ildə 17,8 mlrd kubmer, 2019-cu ildə isə 20,811 mlrd kubmetr kommersiya qazı hasil edilib.


Mənbə: report.az