"OnePlus" şirkətindən "ağıllı" televizorlar

  • 6 Oktyabr, 2018 14:58

OnePlus şirkətinin CEO-su Pete Lau şirkətin rəsmi forumunda qeyd edib ki, OnePlus hal hazırda yeni məhsul üzərində çalışır

"Finans.az" xəbər verir ki, əsasən söhbət, flaqman funksiyalı ağıllı televizordan gedir.
Şirkətin hazırladığı "ağıllı" televizorun adı OnePlus TV-dir. Lakin bu hələ məhsulun final adı deyil.

Ola bilər ki, təqdimat zamanı onun adı başqa cür olsun. Bundan əlavə olaraq şirkət televizora ad seçimini həmçinin istifadəçilərə də təqdim edib. Beləliklə ən kreativ adı təqdim etmiş istifadəçiyə OnePlus şirkəti sözügedən televizoru hədiyyə edəcək. Hələki OnePlus TV-nin texniki göstəriciləri barəsində heç bir məlumat yoxdur. Sadəcə olaraq güman etmək olar ki, OnePlus TV Android TV əməliyyat sistemi vasitəsilə çalışacaq və ağıllı ev cihazları ilə birlikdə qarşılıqlı əlaqədə olacaq.

Qeyd edək ki, OnePlus şirkəti televizora yüksək qiymət göstəricisi təyin etməsə və hər şeyi lazımi keyfiyyətdə reallaşdırsa OnePlus TV tam şəkildə Xiaomi televizorları ilə rəqabət apara biləcək.