Ölkəyə gətirilən hər xarici turistə görə 50 dollar ödəniləcək

  • 19 Avqust, 2019 10:52
Ölkəyə gətirilən hər xarici turistə görə 50 dollar ödəniləcək

Gələn ilin 1 yanvar tarixindən Özbəkistanda digər ölkələrdən çarter reyslərinin təşkili üçün aviadaşıyıcıların və ya turoperatorların xərcləri kompensasiya olunacaq.

“Finans.az” xarici KİV-ə istinadən xəbər verir ki, ölkə başçısının fərmanına əsasən ökəyə çarter reysi ilə gətirilən hər xarici turistə görə aviadaşıyıcılar və ya turoperatorlar 20 ABŞ dolları, qış mövsümündə (20 noyabrdan 20 fevrala kimi) isə 50 dollar alacaqlar.

Bu, yalnız ölkədə qalma müddəti 5 gecədən çox olacaq turistlərə şamil ediləcək.