Ölkəyə avtomobil idxalı 13 % azalıb

  • 15 Yanvar, 2021 18:01
Ölkəyə avtomobil idxalı 13 % azalıb

2020-ci ildə Azərbaycana 647,6 milyon ABŞ dolları dəyərində 53 729 ədəd müxtəlif təyinatlı avtomobil idxal olunub.

“Finans.az” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2019-cu illə müqayisədə 6 019 ədəd və yaxud 12,6 % çoxdur.

Ötən il sürücü daxil olmaqla 10 nəfər və yaxud daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı 288 ədəd və yaxud 52,7 % azalaraq 259 ədəd (30,5 milyon ABŞ dolları dəyərində), əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin idxalı 6 536 ədəd və yaxud 15,15 % artaraq 49 692 ədəd (542,4 milyon ABŞ dolları dəyərində) təşkil edib.

Bu avtomobillərin 5 080-i (28 milyon ABŞ dolları dəyərində) daxili yanma mühərriklə yanaşı, elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri, 167-si (8,3 milyon ABŞ dolları dəyərində) isə yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələridir.

Bundan əlavə, yük daşımaq üçün mühərrikli nəqliyyat vasitələrinin idxalı 154 ədəd və yaxud 4,1 % azalaraq 3 626 ədəd (55,8 milyon ABŞ dolları dəyərində), xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin idxalı isə 75 ədəd və yaxud 33 % azalaraq 152 ədəd (19 milyon ABŞ dolları dəyərində) olub.


Mənbə: report.az