Ölkədə tütün istehsalı artıb

  • 21 May, 2019 17:55
Ölkədə tütün istehsalı artıb

2019-cu ilin yanvar-aprel ayları ərzində Azərbaycanda 33,547 mln. manatlıq tütün məmulatları, 124,826 mln. manatlıq içki istehsal olunub.

“Finans.az” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə tütün məmulatlarının istehsalında 31,1% artım, içki istehsalında 57,1% artım, o cümlədən araq istehsalında 4 dəfə, brendi (konyak) istehsalında 2,5 dəfə, likörlər istehsalında 5,4 dəfə, alkoqolsuz içkilərin istehsalında 23,3% artım müşahidə olunub.