Ölkədə sürtkü yağların istehsalı artıb

  • 19 Fevral, 2019 10:24
Ölkədə sürtkü yağların istehsalı artıb

2019-cu ilin yanvar ayı ərzində Azərbaycanda 1,9 min ton sürtkü yağları istehsal olunub.

“Finans.az” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, keçən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 11,8% artım müşahidə olunub.

Bu ilin 1 fevral tarixi vəziyyətinə hazır məhsul ehtiyyatı 13 min ton olub.