Ölkədə maliyyə sahəsinə investisiyalar kəskin artıb

  • 18 Fevral, 2021 15:55
Ölkədə maliyyə sahəsinə investisiyalar kəskin artıb

2021-ci ilin yanvarında maliyyə və sığorta fəaliyyətinə investisiya qoyuluşu ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,3 dəfə artıb.

“Finans.az” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə maliyyə və sığorta fəaliyyətinə investisiya qoyuluşu 1,8 mln. manat təşkil edib.

Məlumata görə, ölkə iqtisadiyyatına investisiyaların ümumi həcminin 0,2%-i bu sahənin payına düşüb.