Ölkədə ət və süd istehsalı artıb

  • 18 May, 2019 13:31
Ölkədə ət və süd istehsalı artıb

2019-cu ilin yanvar-aprel ayları ərzində Azərbaycanda 166,1 min ton diri çəkidə ət istehsalı olub.

“Finans.az” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu bir il əvvəlki göstərici ilə müqayisədə 3% artım deməkdir.

Bu ilin hesabat dövrü ərzində 649,8 min ton süd istehsal olunub ki, bu da 2018-ci ilin 4 ayının göstəricisindən 2,1% çoxdur.