Ölkədə ət və süd istehsalı artıb

  • 20 Avqust, 2019 16:55
Ölkədə ət və süd istehsalı artıb

Bu ilin 7 ayı ərzində Azərbaycanda 298,3 min ton diri çəkidə ət istehsalı olub.

“Finans.az” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu bir il əvvəlki göstərici ilə müqayisədə 3% artım deməkdir.

Hesabat dövrü ərzində 1219,2 min ton süd istehsal olunub ki, bu da 2018-ci ilin 7 ayının göstəricisindən 1,7% çoxdur.