Ölkədə benzin istehsalı 4% artıb

  • 16 Oktyabr, 2018 11:58
Ölkədə benzin istehsalı 4% artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 2 408,3 mln. manat olmaqla əvvəlki ilin yanvar-sentyabr ayları ilə müqayisədə 9,5% artıb.

Dövlət Statistika Komitəsindən “Finans.az”a verilən məlumata görə, bu ilin 9 ayında ölkədə avtomobil benzininin istehsalı 3,7% artaraq 906,3 min ton olub.

Bu müddət ərzində dizel yanacağının istehsalı 11,4% artaraq 1 517,9 min ton təşkil edib.

Bu ilin yanvar-sentyabr aylarında sürtkü yağlarının istehsalı 4,5 dəfə artaraq 108,5 min ton, neft bitumunun istehsalı 38,1% artaraq 219,2 min olub. Neft koksunun istehsalı 28,5% artaraq 195,9 min ton olub.

Bu ilin yanvar-sentyabr aylarında yanacaq mazutunun istehsalı 76,3% azalaraq 61,2 min ton təşkil edib.

Bu ilin doqquz ayında neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı 29,4% artaraq 169,1 min tona çatıb. Ağ neftin istehsalı isə 5,3% artaraq 469,1 min ton təşkil edib.