Oğrular girovu buraxmaq üçün pulu kriptovalyutada istədi - Norveçdə

  • 11 Yanvar, 2019 12:02
Oğrular girovu buraxmaq üçün pulu kriptovalyutada istədi - Norveçdə

Norveçli milyarder Tom Haqenin həyat yoldaşını qaçıran cinayətkarlar onun azad olunması üçün biznesmendən anonim kriptovalyuta “Monero”da (XMR) 9 000 000 milyon avro tələb ediblər.

“Finans.az” xarici KİV-ə istinadən xəbər verir ki, cinayənkarların kriptovalyutada haqq tələb etməsi ölkə tarixində ilk belə hal olub.

Qeyd edək ki, Ann-Elizabet Falkevik-Haqen 2018-ci iln oktyabr ayında öz evindən qaçırılıb. Xüsusi xidmət orqanları biznemənə bu barədə məlumat yaymamağı məsləhət gördüklərindən, oğurluq haqda yalnız indi məlumatlar yayılıb.