OECD qlobal iqtisadiyyatla bağlı yeni proqnoz verib

  • 16 Sentyabr, 2020 16:08
OECD qlobal iqtisadiyyatla bağlı yeni proqnoz verib

Bu il qlobal iqtisadiyat koronavirus pandemiyası ilə əlaqədar 4,5% kiçiləcək, gələn il isə 5% böyüyəcək.

“Finans.az” xəbər verir ki, bu proqnozla İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) çıxış edib.

Qurum bəyan edib ki, bu il ən çox iqtisadi geriləmə Cənubi Afrikada (11,5%), Argentinada (11,2%) və Hindistanda(10,1%) yaşanacaq. İqtisadiyyatın kiçilməsi Avropa İttifaqında 4,1%, ABŞ-da isə 3,8% olacaq.

"İqtisadi tənəzzül gözlənildiyi kimi dərin olmayacaq, amma bir qədər sonra iqtisadi aktivliyi artırmaq üçün dövlətlərin (hökumətlərin), o cümlədən mərkəzi bankların dəstəyinə ehtiyac olacaq", - deyə OECD-nin açıqlamasında qeyd olunub.


Mənbə: report.az