Nuriyevlərin "Rabitəbank"dakı payı azalıb - Əsas səhmdar dəyişib

  • 12 İyun, 2019 15:00
Nuriyevlərin

Zakir Nuriyevin "Rabitəbank"ın səhm kapitalında payı azalıb.

"Finans.az" xəbər verir ki, 2018-ci ilin sonuna Zakir Nuriyevin səhm kapitalındakı payı 13,14%-dən 11,48%-ə düşüb.

Həmçinin, Nuriyevlərin də bankdakı payı azalıb. Belə ki, Dilarə Nuriyevanın payı 10,43%-dən 9,11%-ə, Seyran Nuriyevin payı isə 32,53%-dən 7,60%-ə enib. S. Nuriyev bankın ən çox paya sahib olan səhmdarı olmaqdan çıxıb.

Bankda ən böyük paya isə Rauf Əliyev sahib olub. Belə ki, Rauf Əliyevin səhm kapitalındakı payı 9,8%-dən 40,60%-ə, Validə Abbasovanın payı isə 9,5%-dən 30%-ə yüksəlib.

Xatırladaq ki, R.Zeynalov həm də “Meqa Sığorta” ASC-nin 19%-lik səhmdarıdır.

Yaşar Qurbanov isə bankdakı 1,7%-lik payını itirib. Aslan Xasıyevin payı isə 22,73%-dən 1,07%-ə enib. Digər şəxslərin payı 0,17%-dən %-ə enib.