Novak: "Neftə olan tələbat 2021-ci ildən tez bərpa olunmayacaq"

  • 20 İyun, 2020 14:56
Novak:

“Böhrandan əvvəl neftə olan tələbat həcmləri 2021-ci ildən tez bərpa olunmayacaq”.

“Finans.az”ın verdiyi xəbərə görə, bunu Rusiyanın Energetika naziri Aleksandr Novak deyib.

Onun sözünə görə, bərpa prosesi iki-üç ildə çəkə bilər: “Ümid edirik ki, tələbatın bərpası 2021-ci ildə baş verəcək. Amma bəlkə iki-üç il də çəkə bilər”.

A. Novak qeyd edib ki, koronavirus pandemiyası ilə əlaqədar olaraq insanlar nəqliyyatdan daha az istifadə edəcək, daha az səyahət edəcək: “İqtisadiyyat yenidən inkişaf etsə də, nəqliyyat səbəbindən neftə tələbat daha aşağı səviyyədə qalacaq”.


Mənbə: apa.az