Novak: "Karbohidrogenlər onilliklərlə aparıcı enerji mənbəyi olaraq qalacaq"

  • 1 Dekabr, 2020 12:10
Novak:

Yaxın onilliklərdə karbohidrogenlər öz əhəmiyyətini qoruyacaq və aparıcı enerji mənbələri olaraq qalacaq.

"Finans.az"ın verdiyi məlumata görə, bunu Rusiyanın Baş nazirinin müavini Aleksandr Novak deyib.

Onun sözlərinə görə, yeni enerji mənbələrinin cəlb edilməsi ilə yanaşı karbohidrogenlərin mümkün qədər təmiz şəkildə istifadəsini təmin etmək vacibdir. Eyni zamanda, A. Novakın sözlərinə görə, Rusiya iqlim dəyişikliyi ilə mübarizə, ətraf mühitin qorunması, təbii ehtiyatlardan səmərəli istifadəsi və təmiz texnologiyaların tətbiqi üzrə beynəlxalq səyləri dəstəkləyir.


Mənbə: apa.az