Nömrənizi bilən istənilən şəxs "Whatsapp"ınızı bloka sala bilər - DETALLAR

  • 13 aprel, 2021 09:45
Nömrənizi bilən istənilən şəxs

Təhlükəsizlik üzrə ekspertlər "Whatsapp"da nömrənizini bilən istənilən şəxsin yararlana biləcəyi çox sadə və təhlükəli boşluq tapıblar.

“Finans.az” xarici KİV-ə istinadən xəbər verir ki, başqasının hesabının bloka salınması iki mərhələdə həyata keçirilir. Öncə tətbiqi yükləyib başqasının nəmrəsi ilə daxil olmağa cəhd edilir. Bu zaman messencer zərərçəkənə SMS vasitəsilə təsdiq kodu yollayır, o isə öz növbəsində böyük ehtimalla buna laqeyd qalır. Bir neçə belə cəhddən sonra tətbiq kodun tez-tez istənildiyini əsas gətirərək növbəti cəhdin 12 saat sonra edilə biləcəyinə dair xəbərdarlıq edir. Zərərçəkənin "Whatsapp"ı isə hələ də işləməyə davam edəcək.

Növbəti addım kimi messencerin texniki dəstək xidmətinə yazaraq hesabın oğurlandığından dolayı bloka salınması xahiş edilir. Bundan sonra zərərçəkənin hesabı ən azı 12 saatlıq bloklaşdırılır. Bu əməliyyat təkrarlandıqca bloklaşdırma hətta bir neçə gün də davam edə bilər.

Bu haldan sığortalanmaq qeyri-mümkündür. Belə ki, başqasının öyrənmək çox asandır, hesabın bloklanmasına isə 5 dəqiqədən də az vaxt sərf olunur.

Qeyd edilir ki, "Whatsapp" boşluğun varlığından xəbərdardır və onun neytrallaşdırılması istiqamətində işləyir. Problemin nə zaman tam aradan qalxacağına dair heç bir məlumat verilmədiyindən bu təhlükə hələ də aktualdır.