"Nokia 8.1" modeli təqdim edildi

  • 6 Dekabr, 2018 12:06

Yeni model "Nokia 8.1" smartfonu təqdim edilib.

"Finans.az" xəbər verir ki, "Nokia"nın bu modeli ortaa büdcəli istifadəçilər üçün nəzərdə tutulub.

Snapdragon 710 prosessoru və 4 GB RAM ilə təchiz olunan smartfon "Android 9.0 Pie"əməliyyat sistemi ilə çalışacaq. Model "HMD Global" şirkətinin "Android 9.0 Pie" əməliyyat sistemli ilk smartfon modelidir. Model 15 dekabr tarixindən etibarən Avropa bazarında satışa qoyulacaq.

Qeyd edək ki, mobil cihazın qiyməti 399 avro təşkil edir.