Nobel mükafatçısı: Ucuz neft nəqliyyatın elektrikləşməsi prosesini ləngidir

  • 15 Aprel, 2020 14:22
Nobel mükafatçısı: Ucuz neft nəqliyyatın elektrikləşməsi prosesini ləngidir

Ucuz neft hasilatçı ölkələrin büdcəsi üçün təhlükəli olmaqla yanaşı, həm də nəqliyyatın elektirkləşməsi proseslərini ləngidir.

“Finans.az” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Nobel mükafatı laureatı, cənubi koreyalı alim Rae Kvon Çunq deyib.

Onun sözlərinə görə, əgər neftin qiymətləri belə aşağı həddə qalsa o zaman elektrikli avtomobillərə keçid üçün motivasiya və ümumilikdə nəqliyyatın elektrikləşməsi xələl görəcək. Neftin qiymətləri bir barel üçün 60-70 ABŞ dolları həddinə qayıdanda insanlar günəş panellərində maraqlı olacaqlar.