"Nissan", "Mitsubishi" və "Hyundai" avtomobilləri 3000 manatdan satışa çıxarılır

  • 3 Sentyabr, 2019 16:18

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac 3 sentyabr tarixində keçirilib. Hərraca çıxarılan 33 nəqliyyat vasitəsindən 29-u özəlləşdirilib.

"Finans.az" komitəyə istinadən xəbər verir ki, avtomobillər üzrə hərracda iştirak üçün 47 sifariş verilib. Buraxılış tarixləri 2006-2008-ci il aralığında olan nəqliyyat vasitələri "Hyundai", "Vaz", "Qaz" kimi markalara aiddir. Rəqabətli mühitdə özəlləşdirilən dövlət əmlaklarından birinin buraxılış ili 2006-dır. VAZ-21043 markalı bu avtomobilə təyin olunmuş ilkin hərrac qiyməti 3 min 500 manat olsa iştirakçılar arasında rəqabət nəqliyyat vasitəsinin son qiymətini 4 min 900 manata yüksəlib.

Qeyd edək ki, bu ay üzrə növbəti özəlləşdirmə hərracı 10 sentyabrda keçiriləcək. Hərraca 79 dövlət əmlakı çıxarılıb. İştirakçı olmaq istəyən şəxslər 37 kiçik dövlət müəssisəsi və qeyri-yaşayış sahəsi, 22 səhmdar cəmiyyəti, 20 nəqliyyat vasitəsi üzrə seçim edə bilər. Nəqliyyat vasitələri arasında "Nissan", "Mitsubishi", "Peugeot", "Hyundai" kimi avtomobillər 3000 manatdan başlayan qiymətlərlə hərraca çıxarılır.

Bunun üçün komitənin rəsmi saytına (emdk.gov.az) və ya Özəlləşdirmə portalına (privatization.az) daxil olmaq kifayətdir.