"Nissan" mənfəət gözləntilərini aşağı endirdi

  • 12 Fevral, 2019 12:56

"Nissan Motor" zəif qlobal satışlara görə illik mənfəət proqnozunu aşağı endirib.

"Finans.az" xarici KİV-ə istinadən xəbər verir ki, Yaponiya mərkəzli avtomobil şirkəti illik mənfəət proqnozunu 540 milyard yendən (4,9 milyard dollar) 450 milyard yenə (4,8 milyard dollar) endirib.

Həmçinin şirkət həbsdə olan keçmiş CEO-su və İdarə Heyəti sədri Karlos Qona əlavə olaraq 9 milyard yenə yaxın (84 milyon dollar) ödənişlərin olduğunu üzə çıxarıb.