"Nissan"ın CEO-su vəzifədən gedir

  • 10 Sentyabr, 2019 10:16

"Nissan" avtokonserninin sabiq rəhbəri Karlos Qonun həbsindən sonra şirkətə CEO (baş icraçı direktor) təyin olunan Hiroto Saikava vəzifədən gedir.

"Finans.az" xarici KİV-ə istinadən xəbər verir ki, H. Saikavanın 16 sentyabrdan etibarən vəzifəsinin icrasını dayandıracağı bildirilir. Baş direktor vəzifəsini isə müvəqqəti olaraq "Nissan"ın COO-su (baş əməliyyat direktoru) Yasuhiro Yamauçinin icra edəcək.

H. Saikavanın CEO vəzifəsindən istefa etməsinin səbəbi kimi onun müəyyən olunandan daha çox ödənişlər alması göstərilir. Şirkət daxilində aparılan araşdırmaların ardından CEO və digər 6 rəhbər şəxsin müəyyən olunandan daha çox ödənişlər alması ortaya çıxıb.