“Nikoil Bank” adını “Yellow Bank”a dəyişir? - BANKDAN AÇIQLAMA

  • 18 İyun, 2019 10:25
“Nikoil Bank” adını “Yellow Bank”a dəyişir? - BANKDAN AÇIQLAMA

Bu gün “Nikoil Bank” ASC-nin adını “Yellow Bank”a dəyişəcəyi ilə bağlı mediada məlumatlar yayılıb.

"Finans.az" xəbər verir ki, bank bu məlumatı təkzib edib.

Bankdan bildirilib ki, “Nikoil Bank”ın rəsmi mənbəyindən belə bir məlumat verilməyib və bu məlumat yalnış hesab edilməlidir.