"Netflix" gözləntiləri doğrultmadı - Səhmləri ucuzlaşdı

  • 18 İyul, 2019 14:17

2019-cu ilin aprel-iyun ayları üzrə rüblük göstəricilərini açıqlayan "Netflix" gözləntiləri doğrultmayıb.

"Finans.az" xarici KİV-ə istinadən xəbər verir ki, media xidmət təchizatçısının qlobal bazarda istifadəçilərinin sayı 3 ay ərzində 2,83 milyon artıb. Analitiklər isə 4,81 milyon istifadəçi artımını proqnozlaşdırmışdı. Həmçinin, ABŞ üzrə üzv sayının 352 min artacağı gözlənilsə də, bu rəqəm 126 min olub.

Bununla da, gözləntiləri doğrultmayan "Netflix"in səhmləri 10% ucuzlaşıb.

Qeyd edək ki, "Netflix"in üzv sayındakı azalmanın əsas səbəbi kimi yeni məzmunların olmaması və qiymət siyasətindəki dəyişikliklər göstərilib.