Nəqliyyatdan istifadə edən sərnişinlərin 35 mln.u taksini seçib

  • 19 Fevral, 2019 10:10
Nəqliyyatdan istifadə edən sərnişinlərin 35 mln.u taksini seçib

Nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı sektorunda 9,9 mln. ton yük, 126,5 mln. sərnişin daşınıb.

Dövlət Statistika Komitəsindən “Finans.az”a verilən məlumata görə, 2018-ci ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 2,0% və 1,4% artım qeydə alınıb.

Sərnişinlərin 96,4%-i avtobus, 3,6%-i isə minik taksilərinin xidmətlərindən istifadə edib.

Yük dövriyyəsi 2%, sərnişin dövriyyəsi isə 1,4% artıb.