Nəqliyyatda koronavirusa dair metodiki göstərişlərin icrası davam edir

  • 29 May, 2020 13:03
Nəqliyyatda koronavirusa dair metodiki göstərişlərin icrası davam edir

İctimai nəqliyyatda koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrası ilə bağlı tədbirlər davam etdirilir.

“Finans.az” xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib.

Məlumata görə, bu çərçivədə "Baku Media Center" ilə birgə “BakuBus” MMC-də 230 ədəd avtobusda (həm daxili, həm də xarici reklam yerində), 109 ədəd dayanacaq məntəqəsində (proses davam edir) və “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzindəki reklam qurğularında maskadan istifadəni, sosial məsafənin qorunmasını və piyada gəzməyi təşviq edən maarifləndirici materiallar yerləşdirilib.

Həmçinin digər daşıyıcılara məxsus 1 500-ə yaxın avtobusda BNA və TƏBİB-in birgə hazırladığı metodiki göstərişləri təşviq edən maarifləndirici materiallar yerləşdirilib.

Bir daha sərnişinlərimizi COVID-19 infeksiyasının proflaktikasına dair metodiki göstərişlərə əməl etməyə çağırırıq.


Mənbə: report.az