Nəqliyyat və rabitə sektorunun kreditləşməsi 27% azalıb

  • 4 Dekabr, 2020 16:26
Nəqliyyat və rabitə sektorunun kreditləşməsi 27% azalıb

Bu ilin noyabrın 1-nə Azərbaycanda nəqliyyat və rabitə sektoruna kredit qoyuluşunun həcmi ötən ilin eyni ayı ilə müqayisədə 288,36 mln. manat və ya 24,8% azalaraq 875,6 mln. manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankından "Finans.az"a verilən məlumata görə, nəqliyyat və rabitə sektoruna kredit qoyuluşu aylıq müqayisədə 16,4 mln. manat və ya 1,8% azalıb. İlin əvvəlindən isə bu göstərici 328,66 mln. manat və ya 27,3% azalıb.

Sözügedən sektorun kreditləşməsinin real sektora kredit qoyuluşunda xüsusi çəkisi isə 5,9% təşkil edib ki, bu da ötən ay ilə müqayisədə 0,1 faiz bəndi, ilin əvvəli ilə 2 faiz bəndi, 2019-cu ilin eyni ayı ilə müqayisədə isə 2,2 faiz bəndi azdır.


Mənbə: apa.az