Nəhəng şirkət işçilərini ixtisar edəcək

  • 4 Oktyabr, 2019 12:21
Nəhəng şirkət işçilərini ixtisar edəcək

ABŞ-ın HP korporasiyası xərclərini azalmaq üçün işçilərinin 16%-ni ixtisar edəcək.

"Finans.az" xəbər verir ki, informasiya texnologiyaları nəhəngi işçi heyətinin sayını təxminən 9 min nəfər azaldaraq 55 mindən 46 minə endirməyi planlaşdırır.

Bu addım korporasiyaya 2022-ci ilin sonuna qədər 1 milyard ABŞ dollarına qənaət etməyə imkan verəcək.


Mənbə: report.az