Nəhəng bank 18 min işçisini ixtisar edəcək

  • 8 İyul, 2019 09:54
Nəhəng bank 18 min işçisini ixtisar edəcək

Almaniyanın ən böyük bankı “Deutsche Bank” 18 min işçini ixtisar edəcək.

“Finans.az” xarici KİV-ə istinadən xəbər verir ki, ixtisar 2022-ci ilədək baş tutacaq və bununla da bankın işçi sayı 91,5 mindən 74 minə enəcək.

Bankın rəsmi açıqlamasında bildirilir ki, bu qərar bankın yenidənqurma planına əsasən həyata keçiriləcək. Sözügedən plana sərf olunan xərclərə görə “Deutsche Bank” cari ilin ikinci rübündə 2,8 milyard avro xalis zərər açıqlaya bilər.