Neftin qiyməti yenidən 60 dollardan aşağı düşə bilər - RƏY

  • 14 Avqust, 2019 11:31
Neftin qiyməti yenidən 60 dollardan aşağı düşə bilər - RƏY

Tramp Administrasiyasının Çinə qarşı sentyabrın 1-ə planlaşdırılan tarif artımlarını təxirə salması qlobal birjalara təsirsiz ötüşməyib.

Neft daxil olmaqla strateji məhsulların qiymətlərində artımlar müşahidə edildi.

"Finans.az" xəbər verir ki, iqtisadçı-ekspert Vüqar Bayramovun sözlərinə görə, Ağ Ev ticarət müharibəsinin yumşalacağı mesajını versə də, bunun uzunmüddətli olacağı gözlənilmir: "Məhz bu səbəbdən də Brent markalı neftin 1 barelinin qiymətinin 60 dolları keçməsinə baxmayaraq ciddi qiymət artımları müşahidə edilməyib. Doğrudur, Asiya birjalarında canlanma müşahidə olunur. Amma hələlik investorlar qlobal iqtisadi artım tempinin azalmayacağına və ABŞ-da seçki qabağı yeni sürprizlərin olmayacağına əmin deyillər.

İqtisadçı-ekspert Vüqar Bayramov

Neftin qiymətinin yaxın zamanlarda yenidən 60 dollarlıq həddin aşağısına düşəcəyi istisna deyil.


"Bu o deməkdir ki, yeni tariflərin tətbiqinin təxirə salınmasına baxmayaraq, hələ də strateji məhsulların qiyməti təzyiq altındadır. Bu baxımdan da, neftin qiymətinin yaxın zamanlarda yenidən 60 dollarlıq həddin aşağısına düşəcəyi istisna deyil. Bütün hallarda birjaların Ağ Evdən gələn xəbərə reaksiyası bir daha təsdiq edir ki, ticarət müharibəsi hələ uzun müddət qlobal iqtisadiyyatın əsas mesajı olaraq qalacaq", - deyə ekspert əlavə edib.