Neftin qiyməti 70 dollardan aşağı düşə bilər - RƏY

  • 7 Noyabr, 2018 10:39
Neftin qiyməti 70 dollardan aşağı düşə bilər - RƏY

ABŞ-ın İrana tətbiq etdiyi yeni sanksiyalar paketi neftin dünya bazar qiymətinə necə təsir edəcək?

"Finans.az" xəbər verir ki, iqtisadçı-ekspert Vüqar Bayramov İrana qarşı tətbiq edilən yeni sanksiyaların dünya neft qiymətlərinə təsirindən danışıb:

İqtisadçı-ekspert Vüqar Bayramov

Öncədən proqnozlaşdırdığımız kimi, artıq qlobal neft bazarı İrana qarşı tətbiq edilən sanksiyalara adaptasiya olunub. Bu baxımdan, sanksiyaların gücləndirilməsinə baxmayaraq neftin qiyməti nəinki yüksəldi əksinə azaldı. Digər tərəfdən, ABŞ 8 ölkənin İrandan neft almasına növbəti 6 ayda yaşıl işıq yandırdı. Buna görə də, yaxın zamanlarda neftin 1 barelinin qiymətinin 70 dollardan aşağı düşdüyünü görsək heç də təəccüblənməməliyik.