Neftin qiyməti 27 dollara düşdü

  • 18 Mart, 2020 17:11
Neftin qiyməti 27 dollara düşdü

ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 27,30 dollara düşüb.

"Finans.az" xəbər verir ki, Brent neftinin qiymətində 1,43 dollar və ya 4,98% azalıb.

Həmçinin Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 2,60 dollar və ya 9,65% azalaraq 24,35 dollar təşkil edib.