Neftin ixrac rüsumu artırılır - Rusiyada

  • 15 May, 2019 14:51
Neftin ixrac rüsumu artırılır - Rusiyada

Rusiyada iyunun 1-dən neftin ixrac rüsumu bir tona görə 5,8 ABŞ dolları bahalaşaraq 110,4 dollara çatdırılır.

“Finans.az” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Maliyyə nazirliyinin materiallarında deyilir.

Hazırda neftin ixrac rüsumu bir tona görə 104,6 dollar təşkil edir.