Bu iki əmlakın qiyməti 117 min manatdan 93 min manata düşüb

  • 3 Oktyabr, 2018 08:10
Bu iki əmlakın qiyməti 117 min manatdan 93 min manata düşüb

“Neftçala Balıq Kombinatı” ASC-nin ümumi dəyəri 116 665 manat olan iki əmlakı vergi borcuna görə yenidən hərraca çıxarılıb.

“Finans.az” xəbər verir ki, bu barədə Vergilər Nazirliyinin “Vergilər” qəzetinin xüsusi buraxılışında məlumat verilib.

Kombinatın Neftçala rayonu, Bankə qəsəbəsi Ə.Məmmədov küçəsi 1-də yerləşən əmlaklarının ilkin hərrac dəyəri 39 665 manat, digər əmlakı 77 min manat müəyən edilib.

Birinci hərracda satılmadığından bu dəfə hər iki əmlak 20 faiz endirilmiş qiymətlə, müvafiq olaraq 31732 manat və 61600 manatla hərraca təqdim olunub.