Neft ucuzlaşıb

  • 17 Fevral, 2020 09:32
Neft ucuzlaşıb

Dünya birjalarında neftin qiyməti azalıb.

"Finans.az" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 0,01 dollar və ya 0,02% azalaraq 52,04 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti isə 0,13 dollar və ya 0,23% azalaraq 57,19 dollar təşkil edib.