Neft ucuzlaşıb

  • 15 Yanvar, 2020 09:17
Neft ucuzlaşıb

Dünya birjalarında neftin qiyməti azalıb.

"Finans.az" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 0,16 dollar və ya 0,27% azalaraq 58,07 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti isə 0,16 dollar və ya 0,25% azalaraq 64,33 dollar təşkil edib.